28 aprel 2025-ci il
Məryəm Əlizadə - 75
28 aprel 2025-ci il tarixdə Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə görkəmli teatrşünas-alim, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin 75 illiyinə həsr olunmuş tədbir keçirilib.
Görkəmli sənət adamları, ziyalılar və media nümayəndələrinin iştirakı ilə keçrilən tədbirdə yubilyarın həyat və yaradıcılığından, teatr sənəti haqqında dəyərli yazılarından danışılıb, xarakterindəki çoxsaylı müsbət keyfiyyətlər sadalanıb.
Milli teatr sənətinin inkişafındakı müstəsna xidmətlərinə görə Məryəm Əlizadə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olunub.