25 yanvar 2025-ci il
Cənnət Səlimova - 85
25 yanvar 2025-ci il tarixdə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli rejissor, Xalq artisti Cənnət Səlimovanın 85 illik yubileyi keçirilib.
Dövlət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirində çıxış edənlər - Milli Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov yubilyarı təbrik edib, onun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər.
Cənnət Səlimova Teatr Xadimləri İttifaqının “Teatr xadimi” qızıl medalı ilə təltif olunub.
Daha sonra sənətkarın həyat və yaradıcılığını əks etdirən, rejissor Aydın Dadaşovun ekranlaşdırdığı “Çağırış” adlı sənədli film nümayiş olunub.
Tədbirin sonunda “Hekayəti xırs quldurbasan” tamaşası oynanılıb.