23 aprel 2026-cı il
Xalq artisti, Məleykə Əsədova təltif olunub
Azərbaycan Respublikasının Xalq artisti Məleykə Əsədovanın yubileyi qeyd olunub. Akademik Milli Dram Teatrında keçirilən mərasimdə Məleykə Əsədovaya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təbriki, teatrın “Yubiley” mükafatı və Teatr Xadimləri İttifaqının "Teatr Xadimi" qızıl medalı təqdim olunub.
Mükafatları Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov təqdim ediblər.

