3 noyabr 2025-ci il
«XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ» bədii qiraət müsabiqəsi
3 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümünə həsr olunmuş “XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ” bədii qiraət müsabiqəsinin seçim mərhələsindən keçən 23 iştirakçı İttifaqın Mustafa Mərdanov səhnəsində canlı çıxış etdilər.
Çıxış edənlər Münsiflər heyətinin məsləhətlərini dinlədilər və müsabiqəyə seçildikləri üçün təşəkkür etdilər.
Nəticələr 04 noyabrda elan olunacaq.

