9 aprel 2025-ci il
Xalq artisti Azər Paşa Nemətovun məzarı ziyarət olunub.
Xalq artisti, professor Azər Paşa Nemətovun anım günü münasibəti ilə sənətkarın məzarı ziyarət olunub.
Ziyarətdə rejissorun doğmaları, dostları, tələbələri və Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər sənətkarın ömür yolundan danışıb, xatirəsini ehtiramla yad ediblər.
Allah rəhmət eləsin.