18 aprel 2025-ci il
Akademik Milli Dram Teatrında "Varlı qadın" tamaşası
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Firəngiz Mütəllimovanın səhnə fəaliyyətinin 45 illiyinə həsr olunmuş "Varlı qadın" (müəllif - Əli Əmirli, rejissor - Bəhram Osmanov) benefis-tamaşasının premyerası oynanılıb.
Tamaşadan əvvəl Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə və Əməkdar incəsənət xadimi Əli Əmirli tamaşaçılar qarşısında çıxış edərək Firəngiz xanımın həyat və yaradıcılıq bioqrafiyasından danışıblar.
Böyük maraq və alqışlarla qarşılanan tamaşadan sonra Firəngiz Mütəllimova Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr xadimi" medalı və Akademik Milli Dram Teatrının "Yubiley" mükafatı ilə təltif olunub. Mükafatları Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist Azad Şükürov və Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə təqdim ediblər.