14 dekabr 2025-ci il
Əməkdar artist Nərgiz Kərimova təltif olunub.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Mən dəyərəm min cavana" (Tamara Vəliyeva, Faiq Sücəddinov) tamaşası oynanılıb. Tamaşa böyük maraq və alqışlarla qarşılanıb.
Sonda Gülnaz rolunun ifaçısı, Əməkdar artist Nərgiz Kərimova milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yubiley tarixi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olunub.
Mükafatı İttifaqın sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal təqdim edib.

