>
previous arrow
next arrow
Slider
 
Slider

Sədr müavini

Sədr müavini 

İlham Namiq Kamal

İlham Namiq Kamal oğlu Əhmədov 9 yanvar 1949-cu ildə anadan olub.

Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında, Akademik Milli Dram Teatrında çalışıb. "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəri, ADMİU-nun "Musiqili teatr aktyoru" kafedrasının müdiri olub. Hazırda məsləhətçi-professordur. Azərbaycanın xalq artistidir.

25 iyun 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.

10 mart 2014-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

2024-cü ildən Azərbaycan Teatr Xadimləri ittifaqının yaradıcılıq məsələləri üzrə sədr müavinidir.

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı